• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Karib dənizinin quldurları” filmindəki ada satışa çıxarıldı



“Karib dənizinin quldurları” və “Kasino Royal” filmlərində görünən Baham adasının ekzotik Litl Payp Key adası 100 milyon dollara satışa çıxarılıb.

Ada Eksum arxipelaqının 365 adasından biridir.

Ekzotik ada 16 hektar ərazidə yerləşir, sıx cəngəllikləri və valehedici mavi rəngli kristal təmiz okean suları ilə öyünür.

Adada cəmi 11 yataq otağı və 12 vanna otağı olan dörd qonaq evi fəaliyyət göstərir. Onlardan ən böyüyündə hovuz, idman zalı və spa var. Adanın qonaqları həmçinin superyaxtaları qəbul edə bilən vertolyot meydançası və dərin dəniz estakadasından istifadə edə bilərlər.

Bildirilir ki, ada ilkin təbii halını qoruyub, bir çox ekzotik bitki və canlı təbiət nümunələrinə ev sahibliyi edir.

Mənbə: gazeta.ru

ƏN ÇOX OXUNANLAR

0.083594083786011