• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Nail Kəmərli insanları aşağılamaq istəyir" - Psixoloq



Bloger Nail Kəmərlinin sosial şəbəkə paylaşımı geniş müzakirələrə səbəb olub.

Baki.Media xəbər verir ki, onun "çəkiliş üçün narkoman lazımdır, həyat hekayəsini danışsın" sözləri insanları hiddətləndirib.

Bir çox sosial şəbəkə istifadəçisi bu cür davranışın etik olmadığını deyərək blogeri qınayıblar.

Mövzu ilə bağlı Baki.Media -a danışan psixoloq Gülnar Orucova bildirib ki, müsahibə üçün adətən, vaxtilə narkotik istifadəçisi olmuş şəxslər seçilir və onlara "narkoman" demək düzgün deyil:

"Belə bir elan vermək etik normaları pozmaq deməkdir. Kimsə narkoman ola bilər, amma bu cür demək, çox kobud səslənir və o insana artıq təhqir kimi hesab oluna bilər. Elan verəndə demək olardı ki, "narkomaniyadan əziyyət çəkən insanların ibrətamiz həyat hekayələrini eşitmək istərdik" və yaxud da "bu bəladan əziyyət çəkən bir insan öz fikirlərini bizimlə bölüşə bilər".

"Narkoman lazımdır" deyəndə, hazırda narkotik vasitələrdən istifadə edən insan yox, bu bəladan qurtulmuş bir insan lazımdır. Çünki sırf insanların maariflənməsi və bu hadisədən özlərinə dərs çıxarması üçün əvvəllər bu zərərli vərdişlərə yiyələnən, sonra isə normal həyatına dönən bir insan axtarılmalıdır.

Bu elanı vaxtilə o bəladan əziyyət çəkən insanlara təhqir kimi qəbul etmək olar və bu, çox aqressiv başlıqdır. Psixologiyada aqressiyanın passiv və aktiv forması var. Bu cür yazılar yazan insan hətta sussa belə, aktiv aqressiv sayılır".

Psixoloqun fikrincə, "narkoman lazımdır" ifadəsi blogerin insanlara aşağı baxmasının göstəricisidir:

"Hər birimiz hansısa xəstəlikdən əziyyət çəkə və sağala bilərik, amma xəstəlikdən hazırda da əziyyət çəkirmiş kimi yanaşmaq doğru deyil və humanist bir insan, peşə sahibi bunu etməməlidir. Bu o deməkdir ki, həmin şəxs özünü üstdə, digər insanları isə aşağıda görür, yəni insanları alçaltmaq istəyir. 

Narkomaniya bir bəladır, bu cür insanları cəmiyyətə təqdim ediriksə, işimizdə çox peşəkar olmalı, daha çox mənfi tərəflərindən danışmalıyıq. Məsələn, narkotik istifadə etmiş birinə "bundan istifadə edəndə necə hiss edirdiniz" sualını vermək olmaz. Narkomaniya bəlasının mənfi tərəflərini insanlara göstərmək lazımdır. Demək lazımdır ki, bu sizə zərərlidir, ailənizi dağıdır, pulsuzluqdan əziyyət çəkə bilərsiniz, yaxınlarınız sizdən üz çevirə bilər və s."

Billurə Yunus

ƏN ÇOX OXUNANLAR

0.099365949630737