• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Dünyanın ən bahalı dondurması: Ginnes rekordlar kitabına düşdü - FOTO



Yaponiyada istehsal edilən və içində truffles göbəliyi olan “Byakuya” dondurması dünyanın ən bahalı dondurması olaraq "Ginnes Rekordlar Kitabı"na daxil edilib.

Baki.Media xarici KİV-ə istinadla xəbər verir ki, dondurmanın bir porsiyası 873 bin 400 yen-dir (təx. 11 min AZN).

130 millilitrlik şüşə qablarda təqdim edilən Roma dondurması İtaliyanın Alba şəhərində istehsal olunan ağ trüfle göbələyi ilə hazırlanır.

Sözügedən göbələyin 1 kq-ı 15.192 dollardır (təx. 25 826 AZN). 

Dondurma istehsalçısı bildirib ki, dadını düzgün əldə etmək üçün çoxlu səhvlər və sınaqlar ediblər.

”Dondurmanı 1,5 il ərzində hazırladıq. Amma "Ginnes"ə düşməyimiz bütün səylərimizə dəydi".

Bu dondurmanı sifariş edənlərə əl istehsalı metal qaşıq da verilir.

387186

387193

387187

Qeyd edək ki, əvvəlki rekord ABŞ-nin Nyu-York şəhərində satılan, 23 əyar yeməli qızıl və vanil ilə süfrəyə verilən min dollarlıq “Golden Opulence Sundae” dondurmasına məxsusdur.

387183

Günay

ƏN ÇOX OXUNANLAR

0.10037302970886