• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İldırım vurması hansı halda ölümlə nəticələnir? - Mütləq bunları edin!



Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən ildırım vurması nəticəsində şəhid olub.

Baki.Media xəbər verir ki, 11 gün əvvəl də Zaqatalada məktəbə ildırım düşməsi nəticəsində yanğın baş verməsi bu təhlükənin gözardı edilməməsinin zəruriliyini yada salır.

Baki.Media ildırımvurma ilə bağlı bir sıra faktları təqdim edir:

İldırım vurması nadir, lakin təhlükəli təbiət hadisəsidir. Düşünə bilərsiniz ki, ildırım vurması həmişə ölümcül olur, lakin insanların 90%-i sağ qalır. İldırım çaxması, günəşin səthindən daha istidir, lakin o sizinlə saniyənin bir hissəsindən az müddətə təmasda olur.

Banner -Tucson Universiteti Tibb Mərkəzinin toksikoloqu Frenk Luvakio bildirib ki, hər hansı bir şəxsi ildırım vurduqda ən çox lokal yanıqlar baş verir. O deyib ki, çox vaxt ildırım vurduqdan sonra insanlarda kiçik və ya bir anlıq ağrı olur:

"Bəzi insanlarda ildırım vurmasının ürək dayanması, çaşqınlıq, qıcolmalar, başgicəllənmə, əzələ ağrıları, baş ağrıları və ya yaddaş çatışmazlığı kimi qısa və uzun müddətli təsirləri olur.

Hətta ildırım vurması, gözlərdə kataraktaya səbəb ola bilər və həmçinin qulaq pərdəsini partlada bilər ki, bu da ömür boyu eşitmə problemlərinə səbəb ola bilər".

Həkimin sözlərinə görə, ildırım vurması nəticəsində insanın ölməsi, ürəyin dayanması və ya nəfəs almanın dayanması ilə əlaqədardır:

“Elektrik fəaliyyəti ürəyin dayanmasına və ya nizamsız ürək döyüntüsünə səbəb ola bilər. O, defibrilatorun etdiyi kimi ürəyə enerji çatdırır”, - deyə doktor Luvakio bildirib.

Əgər kimisə ildırım vurduğunu görsəniz, 103-ə zəng etmək, zəruri hallarda ürək masajına başlamaq lazımdır.

İldırım çaxdığını görən insan necə qorunmalıdır?

İldırım çaxanda insanların riayət etməli olduğu bir sıra qaydalar var. Frenk Luvakio hesab edir ki, ildırım vurmadan qorunmaq üçün görüləcək ilk iş, göy guruldadığını eşidən zaman içəri - qapalı mühitə keçməkdir.

İldırımın təhlükəsizliyi üçün sığınacaq axtarın və ildırımın son gurultusunu eşitdikdən sonra 30 dəqiqəyə qədər evdə qalın.

Əgər ildırım səsini eşidə bilirsinizsə, çox güman ki, ildırım aralığındasınız.

Evdə olsanız belə, daha təhlükəsiz olmaq üçün aşağıdakılardan çəkinməlisiniz:

  • Su ilə təmas
  • Elektron avadanlıq və ya simli telefonlardan istifadə
  • Pəncərələr, qapılar və eyvanlardan uzaq durmalısınız
  • Beton divarlara söykənməkdən və ya beton döşəmələrdə uzanmaqdan çəkinin, çünki ildırım beton divarların və ya döşəmələrin içərisindəki metal məftillərdən keçə bilər.

Əgər qapalı yerlərdə təhlükəsiz sığınacaqlara çata bilmirsinizsə, aşağıdakıları etməlisiniz:

  • Təpə və ya zirvədən daha aşağı əraziyə keçin.
  • Təcrid olunmuş ağaclardan və açıq sahələrdən uzaq durun.
  • Gölməçələrdən, göllərdən və digər su obyektlərindəsinizsə, sudan qaçın
  • Elektrik cərəyanını keçirən obyektlərdən çəkinin
  • Yerə mümkün qədər yaxın əyilin. Bədəninizi sıx bir topa çəkin və başınızı bükün və əllərinizlə qulaqlarınız örtün.

  • Yerə mümkün qədər az toxunun.
  • Digər insanlardan ayrı qalın - bu, ildırım vurma anında xəsarət alanların sayını azaltmağa kömək edəcək.
  • Pəncərələri bağlı, üzəri bərk materialla örtülü olan avtomobilə daxil olun.
  • Kabrioletlər, motosikletlər təhlükəsiz deyil.
  • İdman arenaları, parklar, hovuzlar və çimərliklər kimi açıq tikililərin olduğu yerlərdən uzaq durun.

İldırım vurmaları təhlükəlidir, lakin ildırım və şimşək çaxmasının ilk əlamətində içəridə hərəkət etməklə və ya açıq havada daha təhlükəsiz yerlər axtarmaqla ildırım vurma ehimalını azalda bilərsiniz.

Mənbə: bannerhealth.com

Billurə Yunus

 

ƏN ÇOX OXUNANLAR

0.26107978820801