• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Bu rəqsləri toylarımızda necə gəldi oynayıb, pis günə qoyurlar...”



"Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çox istedadlıdırlar. Onlar birinci sinifdən rəqs məktəbində oxuyurlar. Rəqs elə bir sənətdir ki, məktəbi keçməsən, sən onu professional səviyyədə ortaya çıxara bilməzsən. O vaxt bizim Leyla Vəkilova, Roza Cəlilova, Xumar Zülfüqarova, Afaq Məlikova, Rəfiqə Axundova kimi gözəl müəllimlərimiz var idi. Onlardan sonra tələbələrə biz öyrədirik. Biz onlara təkcə milli yox, klassik, dünya rəqslərini də öyrədirik. İndi bizim qadınlarımız da rəqslə məşğul olmağa başlayıblar. 40 yaşından sonra xanımlar deyirdilər ki, rəqslə məşğul olmaq artıq gecdir. Mənə elə gəlir ki, dünyada heç nə gec deyil. İnsan istədiyi hər şeyə nail ola bilir. Bizim qadınlarımız əlləri ilə işləməyə, hərəkətlər etməyə utanırdılar. Xanımlar daha çox toylarda gözəl oynasınlar deyə rəqsə gedirlər. Xanım həmişə xanım kimi rəqs etməlidir. Hər xanım öz yaşına uyğun geyinməlidir, rəqs etməlidir".

Baki.Media xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Təranə Muradova deyib.

"28 yaşında artıq iki övladım var idi. Bizim sənətlə ailə çox çətindir. Mən dünyanı gəzirdim, aylarla Bakıda olmurdum. Bacılarım mənə çox köməklik edirdilər. Dünyanın bir çox ölkələrindən təkliflər almışam. Amma heç vaxt öz ölkəmi qoyub, birdəfəlik getməmişəm. Avstriyada 10 il işləyib, yenidən vətənə qayıtmışam. Mənim həyatım çox maraqlıdır, gözəldir. Baxmayaraq ki, vaxtilə çox çətinliklərlə rastlaşmışam. Yenə də doğulsaydım belə həyat yaşamaq istərdim" deyə xalq artisti bildirib.

Xalq artisti deyir ki, restoranlarda rəqslərimizi layiqincə təbliğ etmirlər.

"Naz eləmə" rəqsinə vaxtilə görkəmli rəqqas Əlibaba Abdullayev quruluş verib. Bəzən toylarda oluruq, gözümün şahidi oluram ki, bu rəqsi nə günə qoyurlar. Necə gəldi oynayıb, gedirlər. Əlibaba müəllim o vaxt regionları gəzib, bu rəqsləri toplayıb. Bu rəqslər bizim tariximizdir. Tariximizi, zövqləri korlamaq olmaz. Nə olsun ki, toydur?! Toyda da gözəl, düzgün rəqs etmək olar. O vaxt da rəqqasələr toylara gediblər. Görün necə gözəl təbliğ ediblər" deyə sənətkar bildirib.

Xalq artisti "Xarıbülbül" festivalından da danışıb.

"30 il bundan əvvəl Şuşada "Xarıbülbül" festivalında iştirak etmişdim. Allaha yalvarırdım ki, torpaqlarımız qayıtsın, Şuşaya gedib, orada rəqs edəcəm. Baxmayaraq ki, 8 ildir ki, mən rəqs etmirəm. Amma arzumu yerinə yetirdim. Şuşada rəqs etmək mənim üçün çox xoş idi. Buna rəqs də demək olmazdı. Bu Allahla təmas idi. Mən orada şəhidlərimizin ruhuna baş əydim, şəhidlərimizin analarına səbr dilədim. Bilirəm ki, ana üçün bala itirmək nə deməkdir. Bu bir növ ritual idi. "Xarıbülbül" festivalında yenidən Şuşanı görmək qismət oldu. Oranın təbiəti, dağlarının əzəməti elə gözəldir ki. İnsan söz tapmır Şuşanın gözəlliklərini təsvir etsin" deyə sənətkar bildirib.

ƏN ÇOX OXUNANLAR

0.69790387153625