• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bu kosmetik vasitələri almayın – Zərərlidir



Mağazalarda satılan hər şey dərimiz üçün faydalı və təhlükəsiz deyil. Bəzi məhsullardan imtina etmək daha yaxşıdır, çünki onlar marketinq hiyləsindən başqa bir şey deyil.

Hər bir qadının kosmetik vasitələrini şərti olaraq iki hissəyə bölmək olar: qulluq və dekorativ. Dəriyə qulluq vasitələrinə köpüklər, toniklər, serumlar, skrablar, kremlər, maskalar, gellər daxildir. Dekorativə - tonal krem, kölgə, göz layneri, ənlik, pomada, tuş, pudra.
“Medicina” xəbər verir ki, həkim – dermatoloq və trixoloq Anastasiya Yelistratovanın sözlərinə görə, bəzi məhsulların təsiri reklamdan başqa bir şey deyil.

“Üz skrablarının reklamında deyilir, xüsusilə yağlı dəri olanlar istifadə etməlidir, bu yolla siz epidermi yeniləyəcəksiniz.

Amma reallıqda heç də belə deyil. Bu vasitə haqqında hər kəsin bilməli olduğu bir neçə fakt var:

• Skrabdakı qaba hissəciklər dəridə mikrotravmalar və cızıqlar yaradır.
• onlar həmçinin dərinin qoruyucu baryerini zədələyirlər;
• iltihabı təhrik edir və infeksiya riskini artırır.

Zədələnmiş dəri dehidrasiyaya meyillidir. Bundan əlavə, o tez qocalacaq. Skrab həyatınızdan yox olduqdan sonra dərinin bərpası üçün vaxt lazımdır.

Skrabın tərkibində mineral və ya bitki hissəciklərinin olmasının fərqi yoxdur. Heç bir terapevtik təsiri yoxdur.

Buna görə də unutmayın: skrabdan istifadə etmək, sadəcə mikro səviyyədə dərini cızmaq deməkdir.

Maraqlıdır ki, bizə məişət vasitələrindən istifadə edərkən, əlcək taxmağı tövsiyə edən, eyni zamanda onlarla üzümüzü cızmağa çağıran marketinq nə qədər realdır? Odur ki, bu hiylələrə qapılmayın, skrab almayın. Yeri gəlmişkən, pilinq tamamilə fərqlidir, skrab kimi eyni zərəri vermir.

Makiyaj çantanızı altı aydan bir yeniləməlisiniz. Çoxumuz ənlik, krem, dodaq boyasının istifadə tarixinə belə baxmır, illərlə onu çantada saxlayır”.

ƏN ÇOX OXUNANLAR

0.14602303504944