• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yuxunun keyfiyyətini artırmaq üçün bunları etməməlisiniz



ABŞ-nin Kaliforniya universitetində yuxudan əvvəl internet bağlantısı olan cihazlarla yuxu keyfiyyəti arasındakı əlaqə araşdırılıb.

Baki.Media xəbər verir ki, yataqda televizora baxmayan, telefon istifadə etməyən və gecələr telefon bildirişlərini söndürən yeniyetmələr daha yaxşı yatır.

2018-2020-ci illərdə 10-14 yaş arası 10 min 280 uşaq üzərində aparılan araşdırmada, onların yuxu rejimləri ilə telefon və sosial şəbəkə istifadəsi arasında əlaqə müşahidə edilib.

Araşdırmaya görə, yataq otağında televizor və ya internet bağlantısı olan cihaz olduqda yuxuya getmək problemi 27%, telefonun bildirişləri açıq qaldıqda isə 23% artır.

Yuxuya getməzdən əvvəl sosial şəbəkədən istifadə, oyun oynamaq, internetdə axtarış etmək, film, serial və video kliplərə baxmaq yuxuya getmə problemini artıran amillərdən biridir.

Belə ki, uşaqların 15,5%-i həftədə bir neçə gün yuxuya getməkdə çətinlik çəkir, 16,9%-i isə telefon bildirişləri səbəbi ilə həftədə ən az bir dəfə yuxusundan oyanır.

Kaliforniya Universitetindən verilən məlumata görə, keyfiyyətli yuxu gənc yeniyetmələrin inkişafı üçün vacibdir. Gecə oyandığınız zaman sosial şəbəkə hesablarınızı yoxlamamağınız məsləhət görülür.

Günay

ƏN ÇOX OXUNANLAR

  • 110
Avro və lirə bahalaşdı
0.096072912216187