• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qaçırılmış 13 yaşlı qız kömək istəyib: "Məni apar, nə olar"



Bir müddət əvvəl 44 yaşlı kişi ilə qaçan 13 yaşlı yeniyetmə kömək istəyib.

Baki.Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar İctimai Birliyinin sədri Kəmala Ağazadə yazıb. Tovuzda yeniyetmə ilə görüşən K.Ağazadənin sözlərinə görə qızcığaz ona, “Gecələr yata bilmirəm. Məni apar nə olar" kimi sözlər deyib.

“Tovuzda idim. Bir neçə gün öncə bütün ölkənin diqqəti itkin düşən 13 yaşlı qızcığazda idi. sanki zərər törədən, cinayətkar o balaca qızcığaz, əlləri işləməkdən cadar-cadar olan atası-anası idi… İstintaq sirri deyilən bir deyim var. Detalları açmayacağam. Amma o uşağın izahatı yenidən alınmalıdır".

K.Ağazadə deyib ki, uşaq sığınacağı yerləşdirilməli və reabilitasiya olunmalıdır.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü Xudat sakini özünü 20 yaşlı gənc kimi təqdim edərək 13 yaşlı Tovuz sakini yeniyetməni qaçırıb. Evlilik vəd edən şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub. 44 yaşlı şəxs həbs edilib, yeniyetmə isə ailəsinə təhvil verilib.

Billurə Yunus

 

ƏN ÇOX OXUNANLAR

  • 155
Avro və rubl bahalaşdı
0.40885210037231