• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"Ərdoğan planı" iflasa uğradı - Zahid Oruc



Azərbaycanda növbəti seçkilər müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzün təminatı və azad torpaqlarda keçiriləcək.

Baki.media ” xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 28 mayda Türkiyədə keçirilən seçkilər son 20 ildə siyasi və mənəvi coğrafiyasını genişləndirən bir dövlətin parlaq qələbəsi oldu.

“On illərdir hakimiyyət zirvəsində olan liderə verilən 27 milyondan artıq səs həm də xalqımıızın mənəvi-siyasi iradəsinin ifadəsi idi. Prezident İlham Əliyevin təbrikində millətimizin Ərdoğana minnətdarlıq hissinin Qarabağ Zəfəri ilə bağlılığının bir daha vurğulanması, Bakı meydanlarında minlərlə insanın coşqusunda, milyonların insanın sevincində nümayiş olundu.

2-ci tur qarşısında türk xalqını düzgün seçim etməzlərsə, iqtisadi tənəzzüllə, qaçqın seli ilə, vətəndaş qarşıdurması və dünyadan təcridlə qorxudanlar, terror təşkilatları ilə təhdid edənlər də məğlub oldular. Aylardır “Ərdoğan getməlidir” manşeti ilə çıxan qlobal medianın təbliğatı iflasa uğradı.

Lakin Ərdoğanın qələbəsi ilk növbədə, Azərbaycan-Türkiyə birliyinin təntənəsi, islam və türk dünyasında, eləcə də Avrasiya qitəsində qurulan yeni təhlükəsizlik arxitekturasının davamlılığının zəmanəti oldu. Əgər Ermənistanla sülh müqaviləsi hələ imzalanmayıbsa, Fransa və NATO dövlətləri Cənubi Qafqaza hərbi qüvvə yeritməyə çalışırsa, Əliyevlə Ərdoğanın zəfər kursu davam etməlidir”, - o qeyd edib. 

Deputat əlavə edib ki, Türkiyə müxalifətinə özünü yaxın sayan, “orada hakimiyyət dəyişərsə, bizə də fürsət açılar” deyən radikal dini-siyasi qüvvələrə də böyük zərbə oldu. 

“Qardaş ölkədəki seçkilərə cəmiyyətimizin yüksək diqqəti 2025-ci ildə Azərbaycanda keçiriləcək prezident və parlament seçkilərinə hazır olduğunun kimi də dəyərləndirilə bilər.

Azərbaycanda növbəti seçkilər müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzün təminatı və azad torpaqlarda keçiriləcəkdir. Ona görə də Zəfərimizə geridönməz xarakter vermək, Böyük qayıdışın bütün hədəflərinə çatmaq, möhkəm ailə və dini dəyərləri, eləcə də milli təhlükəsizliyi qorumaq üçün Türkiyədə seçkilərdəki Qələbəni 2025-ci ildə ölkəmizdə davam etdirməliyik”, - Z.Oruc əlavə edib.

Baki.media

ƏN ÇOX OXUNANLAR

0.26754808425903