• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Universiteti 12 yaşında bitirərək ən gənc məzun oldu - FOTO



ABŞ-nin Kaliforniya ştatında yaşayan 12 yaşlı Klovis Hung universitetin ən gənc məzunu olub.

Baki.Media “Haberler.com”a istinadla xəbər verir ki, Klovisin növbəti hədəfi 16 yaşında pilot lisenziyası almaqdır. 

Universitetin biologiya professoru Kennet Kollinz Hung haqqında fikirlərində yanıldığını bildirib.

“Əvvəlcə yaş və inkişaf fərqlərini nəzərə alaraq onun digər tələbələrlə necə münasibət quracağından bir az narahat idim. Lakin Klovis bu narahatlıqların əsassız olduğunu sübut etdi. O, digər tələbələrin onu ciddi qəbul etməsi üçün kifayət qədər yetkindir.”

Məktəbinin ən gənc məzunu olan 12 yaşlı Klovis, növbəti məqsədinin 16 yaşında pilot lisenziyası almaq olduğunu söyləyir. 

“Tələbə yoldaşlarım mənə kiçik qardaşları kimi davrandılar. İndiyə qədər əldə etdiklərimlə həqiqətən fəxr edirəm”,-deyə o əlavə edib. 

Günay

ƏN ÇOX OXUNANLAR

  • 35
Avro və rubl bahalaşdı
0.086177110671997