• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Emin Ağalarov atasından ayrılıb yeni şirkət yaratdı



Azərbaycanın Xalq artisti Emin Ağalarov atasına – tanınmış iş adamı Araz Ağalarova məxsus olan “Crocus Group”un birinci vitse-prezidenti vəzifəsindən istefa verərək “Agalarov Development” adlı yeni şirkət yaradıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Emin Ağalarov açıqlamasında deyib ki, “Agalarov Development Company” təkcə tikinti ilə deyil, digər sahələrlə də məşğul olacaq.

Onun sözlərinə görə, şirkət doqquz biznes sahəsində çalışacaq və 60 layihə hazırlayacaq. Xüsusilə, o, Azərbaycanda Bakı yaxınlığında yerləşən "Sea Breeze"   kurort kompleksini və Moskva vilayətində “Estate Mall” ticarət mərkəzini idarə edəcək və inkişaf etdirəcək. Ağalarov istiqamətlər arasında restoran biznesi, fitnes klubları və sığortanın adını çəkib.

Bundan əlavə, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov Dağıstanda kurort daşınmaz əmlakının tikintisi imkanlarını araşdırır: "Çox yaxşı çimərliklər var, lakin kurort infrastrukturu yoxdur. Biz bu bölgəni kurort daşınmaz əmlakının tikintisi üçün potensiallardan biri hesab edirik".

Emin Ağalarov öz açıqlamasında deyib ki, bu yaxınlarda Dağıstana işgüzar səfəri zamanı o, burada kurort yaşayış yeri və bununla bağlı infrastrukturun tikintisinin mümkünlüyünü araşdırıb. O, regionda ilk layihəsinin bu yay Dərbənddə açılacaq Azərbaycan mətbəxinə aid restoran olacağını vurğulayıb.

Qeyd edək ki, “Crocus Group” Rusiyanın ən böyük daşınmaz əmlak şirkətlərtindən biridir. Moskva bölgəsində “Crocus Expo” sərgi mərkəzinə, “Crocus City Hall” konsert zalı , “Vegas” ticarət və əyləncə mərkəzlərinə və “Tvoi Dom” hipermarketlərinə sahibdir. Emin Ağalarov 2001-ci ildən şirkətdə, o cümlədən 2014-cü ildən birinci vitse-prezident vəzifəsində çalışır.

Elnur Əli

ƏN ÇOX OXUNANLAR

0.11054706573486