• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Şöbədə arvadını öldürən sabiq polis əməkdaşından XƏBƏR VAR



Ötən ilin sentyabrında Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədov barəsində olan hökmdən Ali Məhkəməyə şikayət edib.

Baki.Media xəbər verir ki, onun şikayətinə hakim Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış ilcası iyunun 14-nə təyin olunub.

Sabiq polis İsmayıl Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 18 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən edilib ki, İ.Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.

İstintaq dövründə İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, İsmayıl Məmmədovun barəsində olan cəzanın yüngülləşdirilməsi ilə bağlı şikayəti təmin olunmayıb.

ƏN ÇOX OXUNANLAR

0.088783025741577