• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Bakıda tanışını bıçaqlayan şəxs yenidən hakim qarşısında 



Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Vüqar Rəsulov Ali Məhkəməyə şikayət edib.

Baki.Media xəbər verir ki. onun şikayətinə hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılacaq.

İş üzrə məhkəmə baxış iclası iyunun 8-nə təyin olunub.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, Əhmədli qəsəbəsində 2005-ci il təvəllüdlü Riad Babayev əvvəllər mübahisə etdiyi 2001-ci il təvəllüdlü Vüqar Rəsulov tərəfindən dava zamanı bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olub.

Faktla bağlı V.Rəsulov saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Rəsulov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

ƏN ÇOX OXUNANLAR

  • 23
Avro və rubl bahalaşdı
0.077656030654907