• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Qan qrupunun xarakter və xüsusiyyətlərə təsiri



Yapon alimlərinin araşdırmaları nəticəsində qan qruplarının xarakter xüsusiyyətlərinə təsirli olduğu müəyyən edilib.

Baki.Media xəbər verir ki, aparılan araşdırmalar müəyyən etmişdir ki, bəzi qan qruplarının müxtəlif xəstəliklərə tutulma riski daha yüksəkdir. Bəzi qan qrupları isə xəstəliyə daha davamlı ola bilər.

Qan qrupları həmçinin xarakter xüsusiyyətlərimizdə də həlledici rol oynayır:

II QAN QRUPU
II qrup qanı olan insanlar yaradıcılıq, zəka və əməkdaşlıq kimi müsbət xüsusiyyətlərlə əlaqələndirilir. Onların mənfi xüsusiyyətlərinə isə inadkarlıq və əsəbilik daxildir.

III QAN QRUPU
III qrupu qanı olan insanlar güclü, ehtiraslı, empatik və qətiyyətli görünürlər. Eyni zamanda eqoizm və nizamsız davranışlarla da əlaqələndirilir. Bu qan qrupu olan insanların II qan qrupu olanlarla konflikt yaşadığı deyilir.

IV QAN QRUPU
IV qanı olanların iddia edilən güclü tərəflərinə rasionallıq və uyğunlaşma qabiliyyəti daxildir. Lakin zəif tərəflərinin qərarsızlıq, tənqidilik və unutqanlıq olduğu deyilir. Bu qan qrupu əsasən həm II, həm də III qan qrupu fərdlərin xüsusiyyətlərinə malikdir. 

I QAN QRUPU
Bu qan qrupuna aid olan insanlar özünə inam, qətiyyət, dözümlülük və intuisiya kimi xüsusiyyətlərlə əlaqələndirilir. Lakin onların eqoist və qeyri-sabit olduğu da güman edilir. Xüsusilə II qan qrupu qanı olan insanlara eqoist göründükləri deyilir.

Günay

ƏN ÇOX OXUNANLAR

  • 14
Avro və rubl bahalaşdı
0.086344957351685