• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Səhiyyə nazirliyində texniki suyu içməli sudan baha satan şirkət kimindir?



Respublika Uşaq Sanatoriyası texniki suyun satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo.az xəbər verir ki, tenderin qalibi “Vineks-22” MMC olub.

Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 67 000 AZN-dir.

Tenderin şərtlərindən məlum olur ki, Respublika Uşaq Sanatoriyası 26 800 ton texniki su alacaq.

Bu halda suyun 1 tonu 2,5 AZN-ə başa gələcək. Bu içməli suyun qiymətindən azı 3 dəfə bahadır.

Bu da sanatoriyanın keçiridyi tender barədə müəyyən şübhələrə səbəb olub.

Tenderin qalibi olan “Vineks-22” MMC-yə gəlincə, şirkət 16 fevral 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Q.Abbasov küçəsi, ev 29-da yerləşir. Şirkətin qanuni təmsilçisi Cavadov Rəmal Ağalar oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur.

Respublika Uşaq Sanatoriyası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

ƏN ÇOX OXUNANLAR

0.10665512084961