• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Taekvondoçumuz dünya çempionatında 1/8 finala yüksəldi



Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatında son günün döyüşləri keçirilir.

Baki.media ” xəbər verir ki, mundailda bu gün qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.

Azərbaycan millisinin heyətində Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini sınağa çəkəcək.

Digər yığma üzvü Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.
Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb.

ƏN ÇOX OXUNANLAR

0.10727310180664