• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Paşinyan: Nəzərəçarpacaq irəliləyiş var



Azərbaycanla regional nəqliyyat kommunikasiyalarının açılması işində nəzərəçarpacaq irəliləyiş var.

Baki.media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada Baş nazir Mixail Mişustinlə görüşdə deyib.

"Kommunikasiyaların bloklanması üzrə işçi qrupunun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alınıb və mən buna çox şadam. Mən bir daha Ermənistanın suverenlik prinsipi çərçivəsində regional iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bildirmək istərdim. Bu, Ermənistan, Rusiya və Azərbaycan başçılarının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 9-cu bəndində qeyd olunan kommunikasiyalara aiddir”, - Paşinyan 

Paşinyan konkret həll yollarının əldə olunacağına ümid etdiyini bildirib.

"Biz konkret təkliflərimizi bildirmişik və ümid edirəm ki, bu təkliflər qəbul olunacaq. Bunlar son iki ildə işlədiyimiz kompromis həllərdir", - Paşinyan bildirib.

ƏN ÇOX OXUNANLAR

0.10343503952026