• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Lirə rekord həddə ucuzlaşdı



Türkiyədə prezident seçkilərindən sonra başlayan xarici valyutaların məzənnə artımı bu günə kimi davam edir.

Baki.media xəbər verir ki, səhər saatlarında dollar 23,40 lirəyə, avro isə 25,50 lirəyə yüksələrək tarixi zirvələrinə çatıblar.

Qeyd edək ki, mayın 28-də keçirilən prezident seçkilərinin 2-ci turu öncəsi dollar 19,96 lirə səviyyəsində olub. Bugünkü yüksəlişlə seçkidən sonra USD/TRY nisbətində 17,2% artım olub.

Türkiyə lirəsi Azərbaycan manatı qarşısında da rekord həddə ucuzlaşıb. Belə ki, bu gün AZN/TRY nisbəti 3,95% geriləyərək 0,0729 səviyyəsinə enib və tarixi minimumunu yeniləyib. 

Ümumilikdə, iyun ayı ərzində lirə manat qarşısında 11% dəyər itirib. Seçkilərin keçirildiyi tarixdən – mayın 28-dən bəri isə manat-lirə nisbəti 14% azalıb.

Könül
Baki.media

 

ƏN ÇOX OXUNANLAR

  • 110
Avro və lirə bahalaşdı
0.10590004920959