• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tovuzda yenə yolları "təmir" edirlər - Tender elan olundu



Tovuz Rayon İcra Hakimiyyəti yolların əsaslı təmir işləri bağlı tender elan edib. 

Valyuta.az xəbər verir ki, hələ tenderin qalibi məlum deyil. Tenderin şərtlərindən məlum olur ki, təmir işləri Dilqəm Qurbanov küçəsində aparılacaq. 

Maraqlıdır ki, Tovuz Rayon İcra Hakimiyyəti elə bu ilin əvvəllərində yolların əsaslı təmirinə görə “Göygöl Tikinti” MMC ilə 5 müqavilə imzalayıb. Müqavilələrin toplam maliyyə dəyəri 305 517.98 AZN təşkil edib.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, 2022-ci ildən bu yana Tovuz Rayon İcra Hakimiyyəti yolların təmirinə 2 milyon manata yaxın pul xərcləyib. 

Müqavilələr əsasən şübhəli şirkətlər hesab edilən “Göygöl İnşaat” MMC və “Ərdağı” MMC ilə bağlanıb.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. O, 2018-ci ildən bu rayona rəhbərlik edir. 

Müəllif Abbas
Mənbə Valyuta.az

ƏN ÇOX OXUNANLAR

0.096129894256592