• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

"MedEra" Hospitaldan əməliyyat zamanı ölən işçisi ilə bağlı AÇIQLAMA



Bakıda “MedEra” Hospitalda plastik əməliyyat etdirən qadının vəfat etməsi ilə bağlı media da məlumat yayılıb.

Sözügedən hadisə ilə əlaqədar MillətinSəsi.info-ya bildirilib ki, əməliyyatdan sonra vəfat edən Aygün adlı xanım “Medera” Hospitalda “Resepşn”da işləyirmiş.

O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb.

Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.

Xanım ailəli olub, bir qız övladı var.

Sözügedən məsələ ilə bağlı “MedEra” Hospitalını hüquqşunası Xeyransa xanım Babayeva bildirib ki. mərhumə Abbasova Aygün  xanım bizim 10 illik əməkdaşımız olub, çox etibarli, aktiv, işini bilən işci olub və hospitalın kollektivi tərəfindən çox sevilib:

"Mərhumə 05 iyun 2023-cü il tarixində vəfatı ilə bağlı mətbuatda xoşagəlməz şaiyələr yayılıb. Nəzərinizə catdirmaq istiyiriki hazirda mərhumun ölüm səbəbi ilə bağlı expertizanın rəyini gözləyirik. Rəy gəldikdən sonra mətbuata tam şəkildə aciqlama veriləcək .

Sadəcə biz mətbuatın bu yanlış aciqlaması ilə bağlı bəzi meqamlara diqqət yetirmesini istiyirik, çünki mövzu çox həssas mövzudur. Mərhumə öz qərarı ilə əməliyyat olmaq istəyib, "MedEra" Hospitalın əməkdaşı olduğu üçün əməliyyatı tam təmənnasız həyata keçirib.

Əməliyyat öncəsi müayinələrdən keçdikdən sonra əməliyyata qərar verib. Əməliyyatı fəsadsız keçib, əməliyyatdan sonra heç bir ağırlaşma olmayıb. Üç gün sonra evə yazılıb, lakin evində kiçik yaşlı uşağın olmasını əsas gətirərək 2 gün artıq qalmaq istədiyini bildirib. Əməliyyatın 6-cı günündə evdə dünyasını dəyişib. Təcili tibbi yardım işçiləri ölümün səbəbini trobemboliya qoyub.

Aygün Əhmədovanın ölümü ilə bağlı əsaslandırılmamış, həqiqəti əks etdirməyən məlumatları yayan şəxslər və mətbuat orqanları barədə gələcəkdə məhkəməyə müraciət etməyimiz üçün əsas olacaqdır. Ona görə də sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yazarkən və bu barədə fikir bildirərkən şəxslərin diqqətli olmasını xahiş edirik."

ƏN ÇOX OXUNANLAR

0.096964836120605