• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ söz verdi: İranın qarşısını alacaq



ABŞ hökuməti İranın “təhlükəli addımlarına” diplomatiya və məhdudlaşdırıcı tədbirlərlə qarşılıq verməyi hazırkı vəziyyətdə ən yaxşı variant hesab edir.

Baki.media xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken bildirib.

O həmçinin Vaşinqtonun Ər-Riyadın Tehranla qarşılıqlı əlaqəni normallaşdırmaq üzrə addımlarını təqdir etdiyini də söyləyib.

“Birləşmiş Ştatlar iqtisadi təzyiq tədbirləri, çəkindirmə və müdafiə sahəsində güclü əməkdaşlıq ilə tamamlanan diplomatiyanın bu təhlükəli hərəkətlərin qarşısını almaq üçün ən yaxşı yol olduğunu düşünməyə davam edir. Biz Səudiyyə Ərəbistanının gərginliyi azaltmaq səylərini dəstəkləyirik”, - Blinken bildirib.

Qeyd edək ki, müvafiq bəyanatı ABŞ Dövlət Departamentinin rəhbəri səudiyyəli həmkarı şahzadə Feysəl bin Fərhan Əl Səud ilə danışıqlardan sonra verib. Blinkenin qeyd edib ki, ABŞ Səudiyyə Ərəbistanının İranla münasibətləri sabitləşdirmək cəhdlərinə müsbət yanaşır.

ƏN ÇOX OXUNANLAR

0.12209010124207