• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Tunisdə hərbi helikopter qəzaya uğradı: ölənlər var



Tunisə məxsus gecə uçuşlarını yerinə yetirən helikopter qəzaya uğrayıb.

Baki.media “İHA”ya istinadla xəbər verir ki, ölkənin Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 4 ekipaj üzvü həlak olub. 

Helikopter Tunisin Bizerte yaxınlığında dənizə düşüb.

Tunis Prezidenti Kays Səid qəzaya səbəb kimi hərbi hava donanmasının modernləşdirilməməsini əsas gətirərək müdafiə naziri İmed Memmiçə hərbi texnikanı yeniləməyə çağırıb.

Tunis Hərbi Dəniz Qüvvələri axtarış-xilasetmə işləri zamanı iki əsgərin cəsədini tapıb.

Xarırladaq ki, 2021-ci ildə Tunisdə gecə təlimi zamanı hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 əsgər həlak olub.

Günay

ƏN ÇOX OXUNANLAR

0.13576197624207