- 6
ENDİRİLİR
ENDİRİLİR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YTP) ilə "Tronıq” MMC arasında qalmaqal davam edir.
Qaynarinfo.az xəbər verir ki, "Tronıq” MMC məhkəmə çəkişməsində qalib gəlsə də, YTP qərarı icra etmir.
"Tronıq”in nin rəhbəri Anar Nəbiyev bizimlə söhbətində bildirib ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə MMC-nin iddiası təmin edilib. Məhkəmə qərarında bildirilir:
"Ərizəçi "Tronıq” MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilsin. İddiaçı "Tronıq” MMC-nin cavabdeh "AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə qarşı "müqavilə öhdəliklərinə əməl edilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçi "Tronıq” MMC ilə maraqlı şəxs "AMEA Yüksək Texnologiyalar Parkı” MMC arasında bağlanmış 10.08.2022-ci il tarixli icarə müqaviləsi əsasında ərizəçi "Tronıq” MMC-yə icarəyə verilmiş Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsi 221 ünvanında yerləşən istehsalat binasından (tikili sahəsi) ərizəçi "Tronıq” MMC tərəfindən sərbəst istifadə edilməsinə cavabdeh "AMEA Yüksək Texnologiyalar Parkı” MMC və digərləri tərəfindən maneələrin yaradılması qadağan edilsin. Qərardad dərhal icra edilsin”.
Lakin buna baxmayaraq qərar icra edilmir. Anar Nəbiyev qeyd edib ki, bununla yanaşı YTP-nin rəhbərliyi onlara böhtan atmaqla məşğuldur.
Məlumat üçün deyək ki, bu məsələ ilə bağlı YTP-nin Qaynarinfo-ya təqdim etdiyi açıqlamada Anar Nəbiyevin "Yüksək Texnologiyalar Parkı” MMC-nin baş mühəndisi, şəhid atası Rahim Heydərovu təhdid etdiyi iddia olunurdu. Daha sonra da, Texnopark əməkdaşlarının mobil telefon nömrələrinə təhqir məzmunlu mesajlar göndərib.
Anar Nəbiyev isə bizimlə söhbətində bu iddiaların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, əksinə, Texnoparkın əməkdaşları qanunsuzluq etməklə yanaşı, onlara qarşı yolverilməz davranışlar sərgiləyib:
"Bununla bağlı videogörüntülər də var. Biz heç zaman şəhid atasını təhqir və təhdid etmərik. Bu bizə yad olan davranışdır. Sadəcə Texnoparkın rəhbəri Vasif Abbasov vəziyyətdən çıxış yolu kimi bizi şəhid atası və YTP-nin əməkdaşları ilə üz-üzə qoymağa çalışır”.
O qeyd edib ki, ortada məhkəmə qərarı var və o icra olunmalıdır.
Anar Nəbiyev həmçinin bildirib ki, Texnoparkın başqa rezident şirkətlərlə də məhkəmə çəkişməsi var: "Texnopark "DN Technologies" şirkətini məhkəməyə verib. Digər rezident olan İran şirkəti "Tak Noosh Group" MMC isə Texnoparkı məhkəməyə verib. Bu faktlar göstərir ki, Texnoparkın hazırki rəhbərliyi ilə işləmək sadəcə mümkün deyil”.
Mənbə Qaynarinfo.az