Bakıda keçirilən "İnsan resursları zirvəsi - 2023" tədbirində maraqlı anlar yaşanıb.
Tədbirdə azərbaycanlı gənc Vəfadar Babayev bir müddət öncə gənclər və idman naziri Fərid Qayıbova göndərdiyi sual səsləndirilib.
Belə ki, o, ötən il feysbuk hesabında naziri taq edərək onu nərd "duelinə" çağırıb. Bir müddətdən sonra isə nazirlikdən Vəfadara bildirilib ki, Fərid Qayıbov təklifi qəbul edib.
Gəncin "nə vaxt nərd oynayırıq?" sualına isə nazir "Mən hazır. Tez bir zamanda oynayarıq" cavabını verib.
Onu da bildirək ki, nazir Fərid Qayıbov vədinə əməl edib, onu taq edən gənclə nərd oynayıb.