- 6
ENDİRİLİR
ENDİRİLİR
Yardımlı rayon İcra Hakimiyyətinin başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyevin işdən çıxarıldığı bildirilir.
Qlobal.az-ın əldə etdiyi məlumata görə buna səbəb Daşkənd küçəsində avtomobil yolunun ( L=3,3km), H Əliyev küçəsində avtomobil yolunun təmiri (Qəbiristanlığın altı L= 0.2 km), Bozayran İƏD-nin Bozayran kəndində avtomobil yolunun təmiri (çay yolu L=0,4km), Yardımlı şəhəri Şəhid Elçin Mansurov küçəsində avtomobil yolununun təmiri (L=0,5km), Yardımlı şəhər İƏD-nin V.Məmmədov küçəsində avtomobil yolunda istinad divarın təmiri işlərinin satınalınması üçün keçirilmiş tenderdə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsidir.
İddialara görə bu vəsait rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən mənimsənilib, lakin bu hadisənin Maliyyə nazirliyi tərəfindən araşdırılmasından sonra məsələnin daha da böyüməməsi üçün Mahir Mirzəyevin işdən çıxarıldığı deyilir.
Məlumata görə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov həm də bu addımı ilə özünü hədəfdən yayındırdığı iddia edilir.
Xatırladaq ki, sözügedən tenderdə büdcədən 754.726 manat ayrılıb.
Bundan daha əvvəl də – 2021-ci ilin sentyabr ayının 20-də Yardımlı rayon İcra Hakimiyyəti “Yolların təmiri işlərinin satın alınması” lotu üzrə tender keçirib. Bu tenderdə dövlət büdcəsindın 739 min vəsait xərclənib.
Hər iki tenderdə qalib olunan təşkilatların “YUZAR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinin fəaliyyəti barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.
Xatırladaq ki, Azərbaycanda yüksək vəzifəli şəxslərin qohum-əqrabalarının, yaxın ətraflarının adlarına şirkətlər təsis edərək vəzifə səlahiyyətlərindən istifadə edib dövlət satınalmalarında bu şirkətləri qalib elan edərək büdcə vəsaitlərini mənimsədikləri barədə mediada çox yazılıb. Prezident İlham Əliyev cənabları da Şəmkir və Cəlilabad rayonlarının icra başçılaını vəzifəyə təyin edərkən bu məsəni xüsusi vurğulayaraq belə halların yolverilməz olduğunu bildirmişdir.
Yardımlı rayon İcra Hakimiyyətindən xəbərə mövqe öyrənə bilmədik.
Mənbə Qlobal.az