- 4
ENDİRİLİR
ENDİRİLİR
Gürcüstan Qarapapaq Türkləri Birliyi (GQTB) Rəyasət Heyətinin üzvü Daşqın Gülməmmədov SOCAR Prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Süleyman Qasımov, SOCAR Energy Georgia Şirkətinin direktoru Mahir Məmmədov və Azərbaycanın Gürcüstandakı Fövqaladə və Səlahiyyətli Səfiri, Faiq Quliyev barəsində Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevə və digər mərkəzi dövlət qurumlarının rəhbərlərinə xüsusi şikayət məktubu göndərib.
Bu barədə mətbuata Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Mətbuat Xidmətindən məlumat veriblər.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham
Əliyevə, surəti: Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, xanım Mehriban Əliyevaya, surəti: Azərbaycan Respublikasının Baş Naziri, cənab Əli Əsədova,
surəti: Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, General-polkovnik, cənab Ramil Usubova, surəti: Azərbaycan Respublikasının İqtisadiyyat Naziri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının Sədri, cənab Mikayıl Cabbarova,
surəti: Azərbaycan Respublikası Milli Məclisinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin Sədri, cənab Ziyafət Əsgərova,
surəti: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi, General-polkovnik, cənab Əli Nağıyevə,
surəti: Azərbaycan Respublikasının Baş Prokuroru, cənab Kamran Əliyevə, surəti: Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, cənab Fariz Rzayevə ünvanlanmış məktubda SOCAR prezidenti R.Abdullayevin, vitse-prezident Süleyman Qasımovun, SOCAR Energy Georgia Şirkətinin direktoru Mahir Məmmədovun və Azərbaycanın Gürcüstandakı Səfiri Faiq Quliyevin korrupsiya və bəzi digər cinayət əmmələri törətmələri barədə arqumentlər yer alıb.
Daşqın Gülməmmədovun Azərbaycan Respublikası dövlət rəhbərliyinə ünvanladığı xüsusi məktubda aşağıdakılar bildirilir:
Möhtərəm Prezident,
Nəzərinizə çatdırıram ki, apardığım araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti, Rövnəq Abdullayevin, Gürcüstanda, SOCAR Vitse-prezidenti Süleyman Qasımov, SOCAR Energy Georgia Şirkətinin direktoru Mahir Məmmədov və Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyevin daxil olduğu transmilli mafioz şəbəkə yaratmasına əsaslı şübhələr yaranmışdır.
Bu şəxslər SOCAR və SOCAR-a bağlı törəmə şirkətlərdən müxtəlif maliyyə maxinasiyaları vasitəsi və korrupsiya fəaliyyəti ilə qeyri-qanuni mənimsədikləri külli miqdarda büdcə vəsaitlərini Gürcüstandakı digər şirkətlər, o cümlədən SOCAR Energy Georgia Şirkəti vasitəsiylə şəxsi maliyyə vəsaitlərinə çevirməklə şəxsi biznes şəbəkələri qurmuşlar.
Rövnəq Abdullayev Gürcüstanda bu transmilli mafioz şəbəkənin, Azərbaycandan koorupsiya yolu ilə çıxarılan büdcə vəsaitlərini legallaşdırmaq üçün qurduğu sistemin, Süleyman Qasımov və Mahir Məmmədovun nəzarətində olan külli miqdarda maliyyə vəsaiti dövriyyəsinin, və SOCAR-a rəsmi bağlı olmayan maliyyə dövriyyəsi milyonlarla dolları keçən digər şirkətlərinin siyasi təhlükəsizliyini təmin etmək üçün, əvvələr SOCAR Energy Georgia Şirkətində adı vəzifə tutmuş Faiq Quliyevi Azərbaycanın Gürcüstandakı Səfiri vəzifəsinə təyin edilməsinə nail olmuşdur.
Faiq Quliyevin Azərbaycanın Gürcüstandakı Səfiri təyin edilməsi üçün, Sizə, Azərbaycan Respublikası Prezidentinə təhrif edilmiş təqdimat verilmişdir. Bu təqdimatın müxtəlif instansiyalardan keçməsi üçün təsdiq edilməmiş məlumatlara görə Rövnəq Abdullayev 3 milyon dollar vəsait xərcləmişdir. Apardığım araşdırma zamanı bir çox istiqamətlər üzrə R.Abdullayevin, S.Qasımovun və M.Məmmədovun külli miqdarda, neftdən gələn gəlirlərin mənimsənilməsi üçün korrupsiya cinayətlərində iştirak etmələrinin gizlin olmadığı, bu barədə faktların artıq Azərbaycan və xarici mətbuatda belə dərc edilməsi üzə çıxmışdır. Bu məktubu və bu məktubun surətini bir çox dövlət qurumu rəhbərlərinə gəndərməkdə məqsədim qeyd etdiyim faktların tam üzə çıxması üçün Azərbaycan Respublikasının dövlət səviyyəsində R.Abdullayev, S.Qasımov və M.Məmmədov barəsində xüsusi araşdırma aparılmasına səbəb olmaqdır.
Möhtərəm Prezident,
Bildirirəm ki, SOCAR Prezidenti R.Abdullayev, Səfir Faiq Quliyevi də istifadə edərək, Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məhz Sizə, həmçinin Azərbaycan Respublikasının digər aydiyyatı dövləq qurumlarına dezinformasiya, o cümlədən rəhbərlik etdiyi transmilli mafioz sturukturun maraqlarına uyğun məlumatlar təqdim etməkdədir.
Çox təəsüf edirəm ki, Faiq Quliyev Azərbaycanın Gürcüstandakı Səfiri kimi yox, Rövnəq Abdullayevin rəhbərlik etdiyi, Süleyman Qasımov və Mahir Məmmədovun daxil olduğu transmilli korrupsioner mafioz şəbəkəni Gürcüstan dövlət qurumlarında təmsil edən səlahiyyətli şəxs rolunda çıxış edir və oğurlanmış büdcə vəsaitlərindən müəyyən haqq alır.
SOCAR Prezidenti R.Abdullayev rəsmi Bakıya təqdim etdiyi gizli hesabatlarda Gürcüstanda keçirilən parlament və yerli özünüidarəetmə seçkilərinə guya Gürcüstanda yaşayan azərbaycanlıların maraqlarının təmin edilməsi üçün təsir etdiklərini bildirilər. Əslində belə deyil R.Abdullayevin və Səfir F.Quliyevin Sizə təqdim edilən xüsusi hesabatları tam dezinformasiyadır.
Bunun Sizə aydın olması üçün Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizlik Xidmətinin qısa araşdırma aparması yetərlidir. Gürcüstanda keçirilən parlament və yerli özünüidarəetmə seçkilərində azərbaycanlı namizədlərin seçki kampaniyalarının SOCAR Energy Georgia Şirkəti tərəfindən maliyələşdirilməsi isə artıq gizli deyil və bu proses barədə Gürcüstan mətbuatında kifayət qədər informasiya dərc edilmişdir. Reallıq isə başqadır.
R.Abdullayev, S.Qasımov və M.Məmmədov Gürcüstanda keçirilən parlament və yerli özünüidarəetmə seçkilərində azərbaycanlı namizədlərin seçki kampaniyasını SOCAR tərəfindən maliyələşdirmək pərdəsi altında SOCAR-dan külli miqdarda maliyyə vəsaitlərini, neft pullarını sənədləşdirib mənimsəyirlər.
2008-ci ildən bu yana SOCAR Energy Georgia Şirkəti öz balansından külli miqdarda maliyyə vəsaitlərini çıxarıb Gürcüstan parlamentinin deputatları Azər Süleymanovun, Ramin Bayramovun, Savalan Mirzoyevin, Ruslan Hacıyevin, Zaur Darğallının, Tamaz Naverianinin, erməni əsilli Qoqi Meşvelianinin seçki kampaniyalarını maliyələşdirmək adı altında SOCAR-ın balasında külli miqdarda maliyyə vəsaitləri çıxarıb və mənimsəyiblər.
Faktiki olaraq seçki kampaniyalarına sərf edilən maliyyə vəsaitlərini miqdarca çox az olub. Rəsmi Bakıya təqdim edilən gizli hesabatlarda isə şişirdilmiş miqdar təqdim edilib. Yəni Sizə təqdim edilən hesabatlarda qeyd olunub ki, Gürcüstan parlamentində azərbaycanlı namizədlərin seçilməsi təmin edilib, soydaşlarımızın hüquq və maraqlarının qorunması üçün siyasi baza yaradılıb.
Əslində isə bütün seçkilərdə SOCAR Energy Georgia Şirkətinin direktoru M.Məmmədovun oyuncaq kimi əlində saxladığı eyni şəxslərin seçki kampaniyaları maliyələşdirilib. Gürcüstanda iqtidar dəyişsə də parlamentə seçilən şəxslər dəyişməyib.
Nəticə isə budur ki, R.Abdullayev, S.Qasımov və M.Məmmədov Gürcüstanda bir çox seçkilər zamanı azərbaycanlı namizədlərin seçki kampaniyalarının maliyələşdirlməsi pərdəsi altında SOCAR-ın balansından milyonlarla dollar vəsaiti çıxarıb mənimsəyiblər.
Sizi, çox sevən Borçalıların xalq deyimi ilə desək: Sizə, cənab Prezident İlham Əliyevə “kəf gəliblər”.
2020-ci ildə Azərbaycanın Gürcüstandakı Səfiri vəzifəsinə yeni təyin edilən Səfir Faiq Quliyev isə, R.Abdullayevin, S.Qasımovun və M.Məmmədovun, Sizə, Azərbaycan Respublikası Prezidentinə dezinformasiya təqdim edilməsinə göz yumub, həmçinin bu dezinformasiyaların təqdim edilməsi üçün rəsmi kanal rolunu oynayıb.
Gürcüstan Parlamentinə seçilən azərbaycanlı deputatlar isə heç vaxt Parlamentdə çıxış etməyiblər, Sizi çox sevən soydaşların problemlərini qaldırmayıblar.
Çünki SOCAR Energy Georgia Şirkətinin direktoru M.Məmmədov Gürcüstan azərbaycanlılarının elitası hesab olunan bütün şəxslər, o cümlədən S.Mirzoyev, Z.Darğallı, A.Süleymanov, R.Hacıyev, R.Bayramov, T.Abazov, K.Omarov və digər tanınmış şəxslər barədə onların şəxsi və cinsi həyatlarının gizli məqamlarını əks etdirən gizli videomaterillar hazırladıb.
M.Məmmədov bu gizli video çəkilişləri həmçinin Gürcüstanın bəzi dövlət sturukturları ilə də bölüşüb. Nəticədə Gürcüstan Parlamentinə SOCAR-ın qeyri-rəsmi maliyyələşdirməsi ilə seçilən deputalar, və digər dövlət qurumlarında çalışan azərbaycanlı vəzifəli şəxslər şantaj ediləcəklərindən qorxaraq oyuncağa çevriliblər.
Məhz bu gizli prono video materiallar ilə M.Məmmədov, R. Abdullayev və S.Qasımov Gürcüstandakı süni yardılmış azərbaycanlı elitanı total kontrol altında saxlayıblar. Hər zaman şantaj ediblər. On gün öncə isə Gürcüstan Parlamentinin eks-deputatı Ruslan Hacıyevin bir az tabesizlik göstərdiyi təqdirdə, porno videosunun sosial şəbəkəyə ötürülməsi və Azərbaycan mətbuatında geniş miqyasda dərc edilməsi bu fakt barədə əyanı sübutdur.
Möhtərəm Prezident, SOCAR prezidenti R.Abdullayev Gürcüstanda keçirilən bütün seçkilərdən öncə Gürcüstana səfər edərək, hansısa namizədi dəstəkləmək üçün SOCAR Energy Georgia tərəfindən maliyələşdirilən hansısa obyekti, idman kompleksini və ya mərkəzin açılışını edir.
Məsələn 18 sentyabr 2021-ci il tarixdə SOCAR Prezidenti R.Abdullayev və M.Məmmədov, Gürcüstan Baş naziri İ.Qaribaşvili ilə Gürcüstanın Marneuli rayonu, Qızılhacılı kəndində SOCAR tərəfindən tikilən və təmənnasız olaraq Gürcüstana hədiyyə edilən idman kompleksinin açılışında olublar. Bu açılış mərasimi əslində SOCAR Energy Georgia Şirkətinin Marneuli Meri vəzifəsinə namizəd Kənan Ömərovun 2 oktyabrda keçiriləcək yerli özünü idarəetmə seçkilərində gizli dəstəkləməsidir.
Reallıqda isə SOCAR Energy Georgia bu kompleksin tikilməsi üçün rəsmi Bakıya şişirdilmiş smeta göndərib. Maliyyə auditinin aparılması Marneuli rayonu, Qızılhacılı kəndində yeni tikilmiş bu obyek üzrə bütün koorupsiya faktlarını üzə çıxarcaq.
Digər tərəfdən R. Abdullayevin Gürcüstandakı mafioz şəbəkəsi, bu şəbəkəyə daxil olan S.Qasımov, M.Məmmədov və Səfir Faiq Quliyev Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Xanım Mehriban Əliyevanın sosial şəbəkələrdə əlehinə aparılan təhqir kompaniyasının əsas maliyələşdircilərindən biridirlər.
Bəzi şəxslərə maliyyə vəsaitlərinin ötürülməsini Səfir Faiq Quliyev təmin edir. Səfir Faiq Quliyev Diaspora üzrə Dövlət Komitəsinin Sədr müavini vəzifəsində olan zaman Avropadakı anti-dövlət fəaliyyəti göstərən bəzi şəxslərlə ciddi əlaqələr qurub.
Möhtərəm Prezident,
Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikasının hüquq mühafizə, xüsusi-xidmət, audit və maliyyə nəzarəti qurumlarının, SOCAR Prezidenti R.Abdullayevin, vitse-prezidneti S.Qasımovun Gürcüstandakı fəaliyyətləri, seçki kampaniyalarında iştirakları, o cümlədən SOCAR Energy Georgia Şirkətinin maliyyə fəaliyyəti, onun direktoru M.Məmmədovun fəaliyyəti ilə bağlı ciddi araşdırma aparmalarına göstəriş verəsiniz.
Qeyd edim ki, SOCAR vitse-prezidenti S.Qasımov R.Abdullayevin “qara pul dövriyyəsinin kassirdir”və bütün lazımı informasiyaları dəqiqliyi ilə bilir. SOCAR Energy Georgia Şirkətinin direktoru M.Məmmədov isə R.Abdullayevin və SOCAR-ın bir çox korrupsiya fəaliyyətinin iştirakçısıdır. Hər iki şəxsin “yalan dedektoru”nda dindirilməsi bütün faktları açıb ortaya tökəcək.
Belə də insandırlar. S.Qasımov və M.Məmmədov həbsxanaya düşməmək, korrupsiya ilə yığdıqları və yaxın şəxslərinin adlarına rəsmləşdirdikləri var-dövlətlərini itirməmək üçün R.Abdullayevin bütün gizlinlərini açıqlaycaqlar.”
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Yenigundem.az