• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Güclü külək şəhid məzarlarını aşırdı: Qurumlar hərəkətə keçdi 



Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığında iki şəhid məzarının başdaşı sınaraq yararsız vəziyyətə düşüb.

Baki.Media xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məzar daşlarının güclü küləyin təsirindən aşdığı deyilir.

Məsələ ilə bağlı daha dəqiq məlumat öyrənmək üçün kiçik araşdırma apardıq. Əldə etdiyimiz məlumata görə, aşan məzarlardan biri Xətai, digəri isə Nərimanov rayonunda qeydiyyatda olmuş şəhidlərə aiddir. 

Nərimanov və Xətai rayon icra hakimiyyətlərindən Baki.Media-a verilən məlumata görə, məlum hadisə güclü küləyin səbəbindən axşam saatlarında baş verib.

Bildirilib ki, hadisə barədə daxil olan məlumat əsasında dərhal əraziyə baxış keçirilib və şəhid ailələrinə bununla bağlı məlumat verilib. 

Hazırda ərazidə aidiyyəti üzrə hər iki icra hakimiyyətinin əməkdaşları tərəfindən işlər gedir. Şəhidlərin məzar daşlarının yenisi ilə əvəzlənməsi üçün artıq yeni məzar daşları da sifariş verilib. 

ƏN ÇOX OXUNANLAR

0.10964608192444