• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycan bütün güclərin oyununu pozub öz oyununu qurub qalib oldu



“Azərbaycan düz 30 il torpaqlarının işğalına dözərək beynəlxalq aləmdən ümid gözlədi. Beynəlxalq hüquq normaları çərçivəsində həli istiqamətində sülh danışıqları apararaq məsələnin həllinə ümid etdi. Ancaq   məlum olandakı  beynəlxalq təşkilatlar  və beynəlxalq hüquq  gücün yedəyində gedir.  Gördü ki, kim güclüdür, haqq da onun tərəfindədir və beynəlxalq hüquq, demokratiya, qanunun aliliyi sadəcə şablon ifadələrdən başqa bir şey deyil.   O zaman əlini onlardan üzüb vəziyyətdən çıxış üçün çarə yolunu özündə axtarmağa başladı. Azərbaycan öz gücünə arxalanıb ilk növbədə iqtisadiyyatını və iqtisadiyyatı inkişaf etdikcə də ordusunu gücləndirdi. Yalnız iqtisadiyyatı güclü olan dövlətin ordusu güclü ola  və qarşsındakı məsələləri həll edə bilər. Bununla yanaşı, Azərbaycan Ermənistanın işğalına öz gücümüzlə  son vermək üçün zəmin  hazırladı”.

 Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə,  Azərbaycan həm beynəlxalq təşkilatlarla danışıqları davam etdirdi, həm də ölkə daxilində dövlət-xalq-ordu-hakimiyyət  birliyinin yaradılması istiqamətində addımlar atıldı. “Bu siyasət nəticəsində xalq Azərbaycan Prezidentinin  ətrafında  bir yumruğa çevrildi. Məhz xalqın cənab Prezident ətrafında bir yumruq kimi birləşib ona etibar etməsi 2020-ci ildə Azərbaycanın Ermənistanın 30 illik işğalına son verməsi ilə nəticələndi”, -o qeyd edib.

Millət vəkili əlavə edib ki, İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda  marağı olan güclər və ölkələr  yaranmış situasiyadan öz maraqları üçün istifadə etməyə cəhd etdi: “Hərə öz oyununu oynamağa başladı. Kimisi yenidən fatihəsi 44 günlük müharibədə verilən ATƏT-in Minsk qrupunu yenidən diriltməyə cəhd etdi. Fransa kimi ölkə isə bölgədə neoimperialist maraqlarını təmin etmək üçün beynəlxalq hüquqa tüpürdü və hayqırı nümayiş etdirdi. Bu yolla həmin ölkələr Ermənistan sülh sazişindən geri çəkilib sülh prosesini pozmağa təşviq etdilər.  Sülh prosesinin pozulması istiqamətində atılan addımlarda şimal və cənub qonşularımızın da rolu az olmadı. Qonşularımız tərəfindən müxtəlif təzyiqlər oldu. Hamının sifəti açıldı və bəlli oldu. Ən əsası odur ki,  nəticədə bütün bu ölkələr  Azərbaycan müstəqil dövlət  olduğunu dərk etdi. Azərbaycan onların hamısının oyunu pozub  bu oyunlar arasında  qələbəsini təmin edəcək öz oyununu qurdu. Nəticə də ortada… 

Bütün dünya Azərbaycanın  çox  böyük diplomatik gedişlərini gördü.  Azərbaycan müharibələr  tarixində yeni müharibə üslubundan istifadə edərək həyata keçirdi.  İstər 44 günlük müharibədə. istərsə də 24 saatlıq antiterror tədbirləri çərçivəsində Azərbaycan sivil insanlara zərər vermədən   əməliyyat keçirdi. Təbii ki, dünya hərb elmi Azərbaycanın bu tədbirlərini öyrənəcək. Bütün  bunlar onları vəcdə gətirdi. Onların bütün cəhdləri nəticəsiz oldu və Azərbaycanı tutduğu yoldan döndərə bilmədilər. 

Ancaq  xəyanətin də bir sonu olur.  Hər zaman etibarsızlıq, ikiüzlülük,  xəyanət heç kimə başucalığı gətirməyib.  Bu xislətlər Ermənistanda  olduğundan proseslərə onların əleyhinə işləməyə başladı. Çünki son iki yüz ildən artıq müddətdə ermənilərə havadarlıq edib Azərbaycan torpaqları hesabına  onlara dövlət yaradan ruslara xəyanət edib arxadan zərbə vurdular. 

Tarix boyu hamıya xəyanət edən ermənilər bu dəfə ruslara xəyanət edib özünə  Qərbin timsalında özünə yeni adaxlı axtarışına çıxması onlara baha başa gəldi.  Bir atalar misalında deyildiyi kimi, “çox bilən quş dimdiyindən ilişər”. Ermənilərdə çox bilmiş quş vəziyyətinə düşdülər. Nəticədə bütün müttəfiqlərini itirməli oldular və tək qaldılar. Tək qalmalarına rəşmən yenə də sülh prosesini pozmaq bölgədə gərgiliyin davam etməsi istiqamətində təxribatçı fəaliyyət göstərdilər. Azərbaycanın da  onlara etdiyi xəbərdarlıqlardan nəticə çıxarmadılar. Nəhayətində Azərbaycan düzgün məqamı gözləyib ciddi tədbirlərə əl atdı. Cənab Prezidentin gözəl bir ifadəsi var  və onu xatırlamaq istəyirəm. “Nəyi nə vaxt edəcəyimi çox yaxşı bilirəm”. Nəyin nə vaxt  ediləcəyini yaxşı bilən cənab Prezident   heç 24 saat çəkməyən lokal antiterror tədbiri çərçivəsində ermənilərin bütün ümidlərini qırıb, onları dız çökdürdü. Onların ideoloji ümidləribundan öncə  BMT TŞ-də qırıldı.  Bunlar həya  etməyib “seçki” keçirib  özlərinə “kral” seçdilər.  Acı nəticəsi də ortada. Tarixin acı dərslərindən nəticə çıxarmadılar.   Bununla da Azərbaycan erməni idologiyasının, düşnəsəcinin “Qarabağ tabutuna” sonuncu mıxı vurduq.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.087067842483521