• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Estoniya NATO-da ilkə imza atacaq



Estoniya NATO-nun ilk kamikadze dron operator bölməsini yaratmağı planlaşdırır.

"Ölkə.az" xəbər verir ki, Estoniya ordusu Rusiyanın Ukraynaya qarşı müharibə təcrübəsini nəzərə alaraq, eksklüziv olaraq kamikadze pilotsuz uçan aparatların istifadəsi üzrə ixtisaslaşacaq bölmə yaratmağı nəzərdə tutur. Bu barədə Estoniya Quru Qoşunlarının mayoru Andrey Şlaboviç "Defence One" portalına şərhində bildirib.

Onun sözlərinə görə, bu, NATO-da ilk belə birlik olacaq.

Estoniya silahlı qüvvələrinin bölməsinin əsas vəzifəsi düşmənin zenit qurğularını məhv etməkdir. O, İsrailin "Aerospace Industries" pilotsuz təyyarələri ilə təchiz ediləcək.

Şlaboviç əlavə edib ki, Ukrayna kimi Estoniya da öz dronlarını kommersiya izləmə sistemlərindən gizlətməyə imkan verən texnologiya hazırlayıb.(Publika.az)

ƏN ÇOX OXUNANLAR

0.26606392860413