• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

İsrail Türkiyə ilə bu dənizdə qazma işlərinə başlayacaq



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə səfəri baş tuta bilər.

"Ölkə.az" xəbər verir ki, bu barədə o Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin suallarına cavabında bildirib.

O qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə Nyu-Yorkda keçirdiyi görüşü zamanı enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib:

“Biz iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın artırılması üçün nazirlərimizin iştirakı ilə mexanizm yaradılmasının faydalarına toxunduq. İsraillə (Aralıq dənizinin Şərqi - red.) qazma işlərinə başlayacağıq. Biz təkcə Türkiyəyə deyil, Türkiyədən Avropaya enerji (təbii qaz - red.) nəqli xətlərinin istismarına başlayacağıq”.”

ƏN ÇOX OXUNANLAR

  • 123
Kissincer vəfat etdi
0.10890007019043