Azərbaycanda çörək istehsal edən şirkətlərdən biri ləğv edilir.
“Ölkə.az”ın məlumatına görə, “Göyçay-çörək” ASC səhmdarları bu məsələ ilə bağlı iclas keçirəcək.
2023-cü il dekabrın 24-də keçiriləcək səhmdarların növbədənkənar ümumi yığıncağında cəmiyyətin ləğv olunması, ləğvolma ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi və digər məsələlər daxildir.
Qeyd edək ki, “Göyçay-çörək” ASC 17.04.1997 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ağayev Münasib Alı oğludur. Şirkətin nizamnamə kapitalı 484,467 min manat, hüquqi ünvanı Göyçay şəhəri, Natəvan, ev 4-dür.
Könül
Ölkə.Az