• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyəli milli boksçunun ürəyi azərbaycanlı tələbəyə həyat verdi - VİDEO



Türkiyənin İsparta şəhərində avtomobil qəzasında beyin ölümü ilə dünyasını dəyişən milli boksçu 24 yaşlı Görkem Kaynarın ürəyi, qaraciyəri, ağciyərləri, iki böyrəyi və mədəaltı vəzi təcili orqan gözləyən xəstələrə köçürülüb.

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, Görkəmin ürəyi onunla eyni yaşda olan azərbaycanlı Fərid Əzimliyə köçürülüb.

Onun əməliyyatı Akdeniz Universiteti Xəstəxanasında baş tutub. 

4 saat davam edən əməliyyatdan sonra transplantasiya uğurla həyata keçirilib.

Fəridin anası Almaz Əliyeva oğlunun ilk öncə bu əməliyyatı qəbul etmədiyini bildirib.

“Oğlum anadangəlmə ürək çatışmazlığından əziyyət çəkirdi. Xəstəliyi son mərhələdə olduğundan professor Ömər Bayezid süni ürək quraşdırdı. O, 6 il idi ki ürək transplantasiyası gözləyirdi. Fərid xəstəxanaya gedəndə qəza keçirən 24 yaşlı gəncin ürəyinin implantasiya ediləcəyini biləndə çox üzüldü. O bunu qəbul etmək istəmirdi. Mən isə Fəridə dedim ki oğlum bu Allahın istəyidir. Səndə onların övladı olarsan. Daha sonra o qəbul etdi. Allah Görkemin ailəsinə səbr versin. Görkem və ailəsi üçün hər zaman dua edəcəyik".

Görkəmin atası Enes Kaynar isə oğlunun başqa bədəndə yaşaya bilməsi üçün orqanlarını bağışladıqlarını bildirib.

Günay

ƏN ÇOX OXUNANLAR

0.093641042709351