• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ-nin Ukrayna üçün pulu tükənib və nöqtə! - Şalanda Yanq



Bayden administrasiyası Konqresə Ukraynaya on milyardlarla dollarlıq hərbi və iqtisadi yardımı təsdiqləmək üçün təcili xəbərdarlıq göndərib və bildirib ki, Kiyevin hərbi səyləri onsuz da dayana bilər.

Ölkə. Az "AP"a istinadən xəbər verir ki, İdarəetmə Departamenti və Büdcə Direktoru Şalanda Yanq Nümayəndələr Palatasının və Senatın rəhbərlərinə xəbərdarlıq məktubu ünvanlayıb.

Məktubda deyilir ki, ABŞ-nin ilin sonuna qədər Ukraynaya silah və yardım göndərmək üçün maliyyə vəsaiti tükənəcək.

O əlavə edib ki, Vaşinqtonun Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün istifadə etdiyi pul artıq tükənib.

“Ukrayna iqtisadiyyatı çökərsə, onlar mübarizəni davam etdirə bilməyəcəklər və nöqtə. Pulumuz bitdi və demək olar ki, vaxt yoxdur”, - Yanq  göndərdiyi məktubda qeyd edib.

Mürtəza
Ölkə.Az

 

ƏN ÇOX OXUNANLAR

  • 102
İki rayonda qaz olmayacaq
0.1583411693573