• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

310 milyon dollara başa gələn filmin buraxılış tarixi bəlli oldu



Dünyanın ən bahalı istehsalı olan "Qladiator 2" filminin buraxılış tarixi açıqlanıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, filmin 22 noyabr 2024-cü ildə ekranlara çıxacağı gözlənilir.

Film ilkin olaraq 165 milyon dollar büdcə ilə planlaşdırılsa da, istehsal prosesində baş verən gözlənilməz hadisələrə görə bu məbləğ təxminən iki dəfə artaraq 310 milyon dollara çatıb.

Filmdə Pol Meskal, Denzel Vaşinqton, Pedro Paskal, Cozef Quinn, Konni Nielsen və Peter Mensah və bir çox aktyorlar rol alacaq.

Qeyd edək ki, "Qladiator" filmi 103 milyon dollarlıq büdcə ilə 500 milyon dollardan çox gəlir əldə edib. Bu da “Gladiator 2”nin yüksək büdcəsinə qarşı böyük gözləntilərə səbəb olub.

Günay

ƏN ÇOX OXUNANLAR

0.27060794830322