• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kreml yeni müharibəyə "dobro" verdi



Moldovanın separatçı Dnestryanı bölgəsi Rusiyadan kömək istəyib və Kreml bu çağırışa müsbət cavab verib.

Ölkə.Az xəbər verir ki, yerli medianın yazdığına görə separatçı Dnestryanı bölgəsinə rəhbərlik edənlər Rusiyadan dəstək istəmək üçün bir araya gəlib. Separatçı rejim Moldova hökumətinin iqtisadi təzyiqlərindən müdafiə olunmaq adı altında Rusiyadan kömək istəyib və Rusiya Xarici İşlər Nazirliyi də bu çağırışa müsbət cavab verib.

Separatçı rejimin Kremlə ünvanladığı müraciətdə deyilir ki, Moldovan hakimiyyətinin son zamanlar bölgəyə təzyiqlərinin artması nəticəsində  Dnestryanıda yaşayan təxminən 220 min Rusiya vətəndaşı müdafiəsiz vəziyyətdədir.

Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Dnestryanı bölgənin sakinlərinin müdafiəsi onların prioritetidir. 

"Dnestryanı sakinlərin maraqlarının qorunması  prioritetlərindən biridir. Bütün daxil olan müraciətlər Rusiyanın müvafiq qurumları tərəfindən diqqətlə qiymətləndirilir", - RF XİN-nin açıqlamasında deyilir. 

Bu isə onu deməyə əsas verir ki, Dnestryanında da  münaqişə istənilən an alovlana və aktiv fazaya  keçə bilər.

Mürtəza
Ölkə.Az

ƏN ÇOX OXUNANLAR

0.29562091827393