• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Türkiyə bölgədə güclənir, narahatıq – İranlı ekspert



İran hər zaman regionda üçüncü tərəfin mövcudluğunun əleyhinə olduğunu bəyan edib. Bu, ziddiyyətlərin və maraqların toqquşmasının dərinləşməsinə gətirib çıxaracaq, region güc nöqtələri arasında qarşıdurma meydanına çevriləcək və bu, İranı narahat edir.

"Ölkə.az" xəbər verir ki, bu sözləri iranlı politoloq Pouya Hüseyni erməni mediasına müsahibəsində deyib.

“İran həmçinin narahatdır ki, digər qüvvələrin mövcudluğu İranın təhlükəsizliyinə təhdid yarada bilər. İran bu qüvvələrin Türkiyənin rolunu gücləndirə biləcəyindən narahatdır”, - Hüseyni bildirib.

O iddia edib ki, Türkiyənin bölgəmizdə artan rolu Ermənistan dövlətinə və milli maraqlarına ziddir və bu, ciddi təhlükəsizlik problemləri yaradacaq:

“İran israr edir ki, regionun problemlərini region ölkələri həll etməlidir, amma bu o demək deyil ki, bu problemləri Türkiyə və Azərbaycan həll etməlidir”.(Axar.az)

ƏN ÇOX OXUNANLAR

0.013771057128906