• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

USAİD əməkdaşları bu ölkədən qovuldu



Zimbabve hakimiyyəti fevral ayında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarını ölkədən qovub.

“Ölkə.az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında deyilir.

“Keçən ay Zimbabve hökuməti gözlənilmədən ölkədə inkişaf və idarəetmə vəziyyətinin qiymətləndirilməsini aparan USAİD əməkdaşlarını və podratçılarını saxlayıb və deportasiya edib”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, missiya əməkdaşları pis rəftar, sorğu-sual və hədə-qorxu ilə üzləşiblər. Miller bu cür hərəkətləri əsassız və kobud adlandırıb.

O qeyd edib ki, əvvəllər Zimbabve hakimiyyətinin ritorikası beynəlxalq əməkdaşlığa başlamaq və demokratik islahatlar aparmaq istəyi ilə bağlı bəyanatlara əsaslanırdı.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.024538993835449