• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Azərbaycanda bu məhsullar bahalaşdı - QİYMƏTLƏR



Quru meyvələrin və çərəzlərin qiyməti artıb.

Ölkə.az Xəzər TV-yə istinadən bildirir ki, Novruz bayramı ərəfəsində quru meyvələrə və çərəzlərə tələbat artıb. Alıcılar deyirlər ki, qiymətlərdə ötən illə müqayisədə xeyli artım var.

Satıcılar isə bildirirlər ki, alıcılar daha çox bayrama bir neçə gün qalmış bazara üz tuturlar. Son günlər əsasən qoz və fındığa tələbat artıb. Ötən ilə nisbətən qiymətlərdə artım olduğunu onlar da təsdiqlədilər.

Satıcılar deyirlər ki, yerli məhsulla yanaşı, Türkiyə, Özbəkistan və Ukraynadan gətirilən çərəzlərə də tələbat yüksəkdir. Hazırda isə bazarda ən bahalı çərəz Türkiyədən idxal olunan fıstıqdır. Yerli məhsullardan isə fındığın qiyməti artıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

ƏN ÇOX OXUNANLAR

0.019241094589233