• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Yunanıstanın müdafiə nazirindən Qarabağla bağlı İLGİNC AÇIQLAMA



“Yunanıstan Qarabağ münaqişəsindən (keçmiş - red.) çıxarılan dərsləri nəzərə alaraq İrəvanla əməkdaşlıq edəcək”.

"Ölkə.az" xəbər verir ki, bunu Yunanıstanın müdafiə naziri Nikos Dendias “Naftemporiki” qəzetinə müsahibəsində bildirib.

O, dronların və əks-dron sistemlərindəki texnoloji inkişafın qlobal miqyasda müharibə aparma tərzini dəyişdiyini deyib.

“Bu yaxınlarda Ermənistana səfərim zamanı onların müasir döyüş meydanında istifadəsi haqqında ətraflı öyrəndim. Nəzərinizə çatdırım ki, Ermənistan Silahlı Qüvvələri kütləvi şəkildə PUA-ların, o cümlədən “Bayraktar”ların hücumuna məruz qalmışdı. Biz Ermənistanla müdafiə sahəsində sazişlər çərçivəsində əməkdaşlıq edəcəyik”, - deyə Nikos Dendias qeyd edib.

O vurğulayıb ki, Yunanıstan bu texnologiyaların əhəmiyyətini dərk edir.

“Biz qonşu ölkələrdən geri qalmamaq, həmçinin pilotsuz uçuş əleyhinə “günbəz” yaratmaq üçün sürətlə çalışacağıq”, -  Yunanıstanın müdafiə naziri deyib.(musavat.com)

ƏN ÇOX OXUNANLAR

0.0430588722229