Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycana, gələn həftə isə Ermənistana səfər edəcək.
"Ölkə.az" xəbər verir ki, hökumət başçısı bu barədə jurnalistlərə açıqlamasında bildirib.
O, qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsinin Gürcüstan hökuməti üçün əsas prioritetlərdən olduğunu vurğulayıb.
"Biz ikitərəfli əməkdaşlıqla bağlı bütün məsələləri müzakirə edəcəyik. Regionda sülhün təmin edilməsi vacibdir və bilirsiniz ki, ölkəmiz həmişə müsbət rol oynayıb. Ona görə də ikitərəfli münasibətlərin dərinləşdirilməsi, regionumuzda - Cənubi Qafqazda sülh və sabitliyin təşviqi üçün hər şey ediləcək”, - Kobaxidze deyib