İstəsək də, Milli Məclisdə qaldırılan bütün məsələləri həll edə bilməyəcəyik.
Ölkə.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə deputatların qaldırdığı təkliflərə cavab verərkən deyib.
O deyib ki, istəklər hər zaman çox, amma onun hamısını icra etmək isə qeyri-mümkün olur. "Çünki istəklərin icrası, imkanlara bağlı olan məsələdir. İmkan olduqca biz irəli sürülən təkliflərin yerinə yetirilməsinə çalışacağıq",- baş nazir bildirib.
Mürtəza
Ölkə.Az