• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradılır



Milyarder İlon Maska məxsus “SpaceX” şirkəti Amerika kəşfiyyatı ilə gizli müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur.

“Ölkə.az” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Şirkətin 2021-ci ildə ABŞ Milli Kosmik Kəşfiyyat Agentliyi (Pentaqon yanında - Qeyd) ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən, şəbəkənin yaradılmasına “Starshield” bölməsi cavabdehdir.

Qeyd olunub ki, müqavilə ABŞ Müdafiə Nazirliyinin Quru Qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulmuş aşağı orbitli peyk sistemlərinə əhəmiyyətli investisiyalar yatırdığını göstərir.

Razılaşma müvəffəqiyyətli olarsa, “SpaceX” şəbəkəsi ABŞ ordusunun Yer kürəsinin demək olar ki, hər yerində potensial hədəfləri tez aşkar etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.039690971374512