İsrail və HƏMAS arasında atəşkəslə bağlı vasitəçilik etmək üçün yeni danışıqların Qətərdə bazar günü günortadan sonra başlaması gözlənilir, lakin bazar ertəsinə qədər təxirə salına bilər.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Associated Press" xəbər agentliyi Misir rəsmilərinə istinadla məlumat yayıb.
Danışıqlar İsrailin HƏMAS-ın atəşkəs, girov və əsirlərin mübadiləsi üçün təklif etdiyi razılaşmanı nəzərdən keçirdiyi vaxta təsadüf edir. Üç fazalı saziş 350 fələstinli məhbusun azad edilməsi müqabilində 35 israilli girovun geri qaytarılmasını təklif edir, həmçinin İsrail qoşunlarının Qəzzadan çıxarılmasını və blokadanın dayandırılmasını tələb edir.
İsrailin baş naziri Netanyahu razılaşmanı “dəlilik” adlandırsa da, o, hələ də danışıqlarda iştirak etmək üçün Mossad kəşfiyyatının rəhbəri ilə birlikdə yüksək səviyyəli İsrail nümayəndə heyətini göndərir.(publika.az)