• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

Kuleba Ukraynaya yardımın davam etdirilməsini istədi



Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında Kiyevə hava hücumundan müdafiə avadanlığı və artilleriya sursatlarının tədarükü də daxil olmaqla yardımın davam etdirilməsini istəyib.

“Ölkə.az” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Diplomatlar Ukraynaya Amerika Birləşmiş Ştatlardan kritik ehtiyac duyulan dəstək paketini təsdiqinin gələcək yollarını müzakirə ediblər.

Tərəflər NATO-nun Vaşinqton sammitinin gözlənilən nəticələri barədə də fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Kiyev bir neçə aydır ki, Vaşinqtonun Ukraynaya yardım ayırmaq qərarını gözləyir.

ABŞ administrasiyası daha əvvəl Konqresə 2024-cü maliyyə ilində İsraillə Ukraynanı dəstəkləmək, Asiya-Sakit Okean regionunda Çin və Rusiyaya qarşı çıxmaq üçün əlavə büdcə ayırmaları barədə sorğu göndərmişdi ki, bu da ümumilikdə 106 milyard dollardır.

Bununla belə, Nümayəndələr Palatasında və Senatda bir neçə respublikaçı Kiyevə maliyyə yardımının davam etdirilməsinin əleyhinədir və bu sənədin taleyi hələ müəyyən edilməyib.

ƏN ÇOX OXUNANLAR

  • 11
"Neftçi" qalib gəldi
0.11027407646179