Gürcüstanın Meksikadakı səfirliyi ABŞ-Meksika sərhədində digər əcnəbilərlə birlikdə narkotik karteli tərəfindən qaçırılan təxminən 30 Gürcüstan vətəndaşının yerini müəyyənləşdirməyə çalışır.
"Ölkə.az" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Səfirlik əlavə məlumat üçün Meksika Miqrasiya Xidməti ilə əlaqə saxlayır və vətəndaşların mümkün olduğu yerləri müəyyənləşdirir”,- məlumatda bildirilir.
Qeyd edək ki, Gürcüstan vətəndaşları üç gündür ki, Meksika narkokartelinin girovluğunda qalıb. Kartel 90 min dollar pul tələb edir. Oğurlananlar arasında qadınlar da var.