• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Meta”nın qanunsuz narkotik satışında iştirakı araşdırılır



ABŞ-nin Virciniya ştatı “Meta Platforms Inc” şirkətinin narkotik satışını asanlaşdırmağını araşdırır.

"Ölkə.az" xəbər verir ki, söhbət istifadəçilərin sosial şəbəkədə qadağan olunmuş maddələri satmaq cəhdlərindən gedir.

Hələ 2023-cü ildə prokurorlar müvafiq iddiaları məhkəməyə göndəriblər. Onlar “Meta” platformaları vasitəsilə narkotik və ya qadağan olunmuş maddələrin qeyri-qanuni satışı ilə bağlı internet qeydlərini tələb ediblər.

“Meta” nümayəndələri də öz növbəsində qeyri-qanuni vasitələrin satışının şirkətin siyasətinə zidd olduğunu bildiriblər.

Bildirilir ki, şirkət belə kontenti öz xidmətlərində tapmaq və silmək üzərində işləyir. Şirkət həmçinin istifadəçilərə bununla bağlı risklər barədə xəbərdarlıq edəcək.

ƏN ÇOX OXUNANLAR

0.085684061050415