• Baki.Media
  • ENDİRİLİR

  • Baki.Media
  • ENDİRİLİR

“Qatil qoç” yetişdirmək istəyən genetik həbs olundu



ABŞ-də həvəskar genetik Artur Şubart cinayət üstündə ələ keçib. Polis onu öz laboratoriyasında hibrid yaratmaq üçün nadir qoç növünün genləri ilə manipulyasiya edərkən yaxalayıb. “Alim” qoçdan ov iti düzəltmək istəyib və demək olar ki, uğur qazanıb.

"Ölkə.az" xəbər verir ki, 80 yaşlı genetik səhrada eksperimental ferma yaradıb. O, Qırğızıstandan bir neçə Pamir qoçu gətizdirib. Bu heyvanların çəkisi 150 kiloqrama çatır, buynuzları isə metr yarım uzunluğundadır. Daşınması qadağan olunan canlıları gömrükdə adi qoç kimi qeydə alıblar.

İndi vəhşi heyvanların qaçaqmalçılığı, qeyri-qanuni genetik təcrübələr, sənədlərin saxtalaşdırılmasında ittiham olunan amerikalını ən azı 250 min dollar cərimə və 10 il həbs gözləyir.(oxu.az)

ƏN ÇOX OXUNANLAR

0.12894320487976