Kredit götürən şəxslər onu ödəmirsə və ya gecikdirirsə, onlar nə vaxt həbs oluna bilər?
Valyuta.az bu barədə hüquqşunas Şamil Paşayevin şərhini təqdim edir:
“Əgər şəxs krediti ödəmirsə, bank həmin şəxsi məhkəməyə verir. Bundan sonra icra məmuru həmin şəxsdən pulu tələb edir. Şəxs yenə də krediti ödəməyən zaman və ya gecikdirən zaman icra məmuru həmin şəxsin barəsində protokol tərtib edir. Və şəxsi məhkəmədə inzibati məsuliyyətə cəlb edirlər. Kreditini ödəməyən və ya gecikdirən şəxslər məhkəmə qərarı ilə bir aya qədər həbs oluna bilərlər. İnzibati həbsdən sonra da şəxs pulu ödəmirsə, artıq sənədlər toplanır və həmin şəxs barəsində cinayət işi açıla bilər”.