ABŞ-də 16 aylıq körpəsini evdə qoyub tətilə gedən anaya ağır cəza verilib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ötən il Ohayo ştatına tətilə gedən və 16 aylıq qızı Ceylini evdə tək qoyan 32 yaşlı Kristel Kandelario hakim qarşısına çıxıb.
Körpəni ac-susuz qoyaraq ölümünə səbəb olan Kandelario ağır cinayətə və uşağın həyatını təhlükəyə atdığına görə ömürlük azadlıqdan məhrum edilib.
O, törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.
Qeyd edək ki, başqa bir övladı da olan Kristel Kandelario 6 iyun 2023-cü ildə qızı Ceylini Ohayo ştatının Klivlend şəhərindəki evdə tək qoyaraq Detroyt və Porto Rikoya tətilə gedib.
Kandelario 10 gün sonra evə qayıdanda qızının nəfəs almadığını görüb və təcili yardım çağırıb. Evə gələn səhiyyə işçiləri körpənin öldüyünü bildiriblər. Körpənin azı 7 kq arıqladığı, aclıq və susuzluqdan öldüyü müəyyən edilib. Kandelario tətildə olarkən dostları ilə çimərlikdə və klubda əylənərkən fotolarını sosial media hesabında paylaşıb.
Billurə