Tavuşda delimitasiya Azərbaycanla indiki təmas xəttinin əvəzinə dəqiq dövlət sərhədinin yaradılmasına imkan verəcək.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Parlamentdə “Hayastan” fraksiyasının üzvü Qarnik Danielyanın sualını cavablandıran baş nazir qeyd edib ki, hakimiyyətin və bütövlükdə ölkənin qarşısında iki seçim var – hərbi mövqeləri dəyişdirmək (yeni müharibə təhlükəsi deməkdir) və ya dövlət sərhədinin yaradılması.
Paşinyan qeyd edib ki, Tavuşa səfəri zamanı müdafiə xətti ilə bağlı məsələ Əskipara (Voskepar) kəndinin sakinləri tərəfindən də qaldırılıb:
"Əgər təmas xəttinin məntiqinə əsaslansaq, təbii ki, sizin narahatlığınız yerindədir və biz də bunu bölüşürük. Amma delimitasiya nəticəsində biz dövlət sərhədini əldə edirik və məntiqi olaraq belə çıxır ki, orada ordu olmamalıdır, sərhədçilər olmalıdır”.